Nigeriyada terrorçuların hücumu zamanı 60-dan çox insan öldürülüb

Nigeriyada terrorçuların hücumu zamanı 60-dan çox insan öldürülüb Nigeriyanın şimal-şərqində silahlıların hücumları nəticəsində 60-dan çox insan həlak olub.
Digər ölkələr
14 İyun , 2020 08:17
Nigeriyada terrorçuların hücumu zamanı 60-dan çox insan öldürülüb

Nigeriyanın şimal-şərqində silahlıların hücumları nəticəsində 60-dan çox insan həlak olub.

“Report”un məlumatına görə, bu barədə yerli sakinlərə istinadən “Reuters” agentliyi bildirib.

Məlumata görə, hadisə Borno ştatında, Manquno və Nqanzay ərazilərində baş verib. Ağır silahlarla, o cümlədən qumbaraatanlarla silahlanmış terrorçular azı 20 hərbçi və 40-dan çox mülki şəxsi öldürüblər.

Şahidlərin sözlərinə görə, hücum zamanı yüzlərlə sakin xəsarət alıb.

Həmçinin qeyd edilir ki, silahlılar polis bölməsini və BMT-nin humanitar köməyinin mərkəzini yandırıblar.

Son xəbərlər

Orphus sistemi