Yuxarı
    Bağlamaq

    Nigeriyada gəmiyə silahlı hücum zamanı 6 nəfər öldürülüb

    Hücum zamanı ən azı 6 nəfər öldürülüb

    Bakı. 2 iyun. REPORT.AZ/ Bir qrup silahlı şəxs Nigeriyanın dövlət neft şirkəti NNPC-yə məxsus gəmiyə hücum edib. "Report"un məlumatına görə, bu haqda "Reuters" agentliyi məlumat yayıb.

    Məlumata görə, silahlı şəxslərin kimliyi məlum deyil. Hücum zamanı ən azı 6 nəfər öldürülüb.

    Hadisə silahlı qruplaşmaların əvvəllər də neft obyektlərinə hücum etdikləri Varri şəhərinin yaxınlığında baş verib.

    Hələlik hücuma görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi