​Nigeriyada "Boko Haram" silahlılarının basqınında 27 nəfər ölüb

​Nigeriyada "Boko Haram" silahlılarının basqınında 27 nəfər ölüb Yaraqlılar Adamava əyalətində üç kəndi yandırıb, sakinlərini atəşə tutublar
Digər ölkələr
6 Mart , 2015 20:56
​Nigeriyada Boko Haram silahlılarının basqınında 27 nəfər ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində "Boko Haram" silahlı qruplaşmasının üç kəndə təşkil etdiyi basqında 27 nəfər ölüb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Nigeriya ordusunun keçirdiyi əməliyyatlardan qaçan yaraqlılar əyalətin paytaxtı Gombi yaxınlığındakı Guyeku 1, Guyeku 2 və Garbala kəndlərini yandırıb, sakinlərini atəşə tutublar.

"Boko Haram" silahlıları ötən ilin aprel ayında 200-dən çox gənc qızı qaçırdıqları Çibok şəhərinə doğru irəliləyir.

Yaraqlılar xalqı bu il martın 28-də Nigeriya prezidentliyinə keçiriləcək seçkilərdə iştirak etməməyə çağırır.

Qeyd edək ki, martın 5-də "Boko Haram" silahlılarının Borno əyalətinə təşkil etdikləri hücumda 50 nəfərdən artıq adam ölüb. 

Son xəbərlər

Orphus sistemi