Nigeriyada ağır yol qəzasında 19 nəfər ölüb

Nigeriyada ağır yol qəzasında 19 nəfər ölüb Nigeriyanın şimal-şərqində iki ticarət avtomobilinin toqquşması nəticəsində 19 nəfər ölüb.
Digər ölkələr
4 Fevral , 2022 07:29
Nigeriyada ağır yol qəzasında 19 nəfər ölüb

Nigeriyanın şimal-şərqində iki ticarət avtomobilinin toqquşması nəticəsində 19 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə cümə günü yerli polis nümayəndələrinə istinadən “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, avtomobillərdən biri əks zolağa çıxıb, nəticədə qarşıdan gələn digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində avtomobillərdəki onlarla sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Xəsarət alanlar barədə məlumat verilmir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi