Niderland vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Niderland vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir Niderland vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə etməyi planlaşdırır.
Digər ölkələr
22 May , 2024 01:48
Niderland vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Niderland vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinə istinadən yerli ANP agentliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik Yeni Kaledoniyada olan və etirazlara görə bölgəni tərk etmək istəyən on vətəndaşla əlaqə saxlayır.

Qeyd olunub ki, Niderland XİN təbəələrin təxliyəsi məsələsi ilə bağlı Avstraliya və Yeni Zelandiyanın iqtidar orqanları ilə əlaqə saxlayır. Hər iki ölkə vətəndaşlarını təxliyə etmək üçün Fransanın dənizaşırı ərazisindən uçuşlar təşkil etmək niyyətindədir. Amsterdam, oturacaqlar olarsa, vətəndaşlarını bu reyslərə çıxarmaq istəyirlər.

ANP-nin məlumatına görə, müxtəlif ölkələrin üç minə yaxın vətəndaşı adanı tərk etmək istəyir.

Son xəbərlər

Orphus sistemi