Nigeriya ordusunun səhvən qaçqın düşərgəsini bombardman etməsi nəticəsində 100-dən çox adam ölüb

Nigeriya ordusunun səhvən qaçqın düşərgəsini bombardman etməsi nəticəsində 100-dən çox adam ölüb "Sərhədsiz Həkimlər" və Beynəlxalq Qırmızı Xaç komitəsinin bir neçə əməkdaşı yaralanıb
Digər ölkələr
17 Yanvar , 2017 21:44
Nigeriya ordusunun səhvən qaçqın düşərgəsini bombardman etməsi nəticəsində 100-dən çox adam ölüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qaçqın düşərgəsinə səhvən endirdiyi zərbə nəticəsində 100-dən çox insan həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qeyd edək ki, "France Press" bundan əvvəl "Sərhədsiz Həkimlər" təşkilatına istinadən bombardman nəticəsində 50 nəfərin ölməsi, 120 nəfərin yaralanması barədə xəbər yayıb.

Nigeriya ordusunun generalı Laki İrabor da bildirib ki, "Boko Haram" radikal qruplaşmasına qarşı əməliyyat zamanı Hərbi Hava Qüvvələri səhvən qaçqınlar düşərgəsinə və humanitar xidmətin ərazisinə bomba atıb. Nəticədə bir neçə nəfər həlak olub.

Onun sözlərinə görə, bombardman nəticəsində "Sərhədsiz Həkimlər" və Beynəlxalq Qırmızı Xaç komitəsinin bir neçə əməkdaşı yaralanıb. General yaralananların və ölənlərin sayı barədə hər hansı açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi