Niger hərbi müdaxiləni dəf etməyə hazırdır

Niger hərbi müdaxiləni dəf etməyə hazırdır Niger hələ də ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir, lakin onu dəf etməyə hazırdır.
Digər ölkələr
18 Dekabr , 2023 09:55
Niger hərbi müdaxiləni dəf etməyə hazırdır

Niger ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir, lakin onu dəf etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn Rusiya KİV-lərinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər hansı bir ölkə Nigerə hücum etmək qərarına gələrsə, ölkəsi özünü müdafiə edəcək: “Heç bir illüziyaya ehtiyac yoxdur, hər an nəsə ola bilər. Amma unutmayın ki, bizim təcrübəli, terrorçulardan da güclü ordumuz var”.

Xatırladaq ki, bu ilin iyulun sonunda Niger ordusu prezident Mohamed Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Avqust ayında nigerli hərbçilər Fransa ilə bütün razılaşmaları ləğv edib və bu ölkənin qoşunlarının çıxarılmasını tələb ediblər.

Son xəbərlər

Orphus sistemi