Nigerin baş naziri: "Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb"

Nigerin baş naziri: "Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb" Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zeyn Fransanı Afrika ölkəsinin yeni hakimiyyətinin tanınmış nümayəndələrini öldürmək planı hazırlamaqda ittiham edib.
Digər ölkələr
4 Oktyabr , 2023 02:06
Nigerin baş naziri: Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb

Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zeyn Fransanı Afrika ölkəsinin yeni hakimiyyətinin tanınmış nümayəndələrini öldürmək planı hazırlamaqda ittiham edib.

“Report” bu barədə “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.

"Fransa digər düşmənlərimizlə birlikdə ölkənin tanınmış nazirlərini və rəhbər nümayəndələrini öldürmək planı hazırlayıb. Fransa Nigerdə ​​vəziyyəti sabitləşdirmək üçün öz alətlərindən istifadə edir", - telekanal baş nazirin sözlərini sitat gətirib.

Xatırladaq ki, iyulun 26-da Nigerdə ​​prezident qvardiyasının bir qrup hərbçisi qiyam qaldıraraq prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını bəyan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Abdurahman Tçianinin rəhbərlik etdiyi Vətənin Qurtuluşu Milli Şurası (VQXŞ) yaradılıb. Yeni hakimiyyət Fransa ordusunun yerləşdirilməsi ilə bağlı bu ölkəylə hərbi razılaşmaları pisləyib və kontingentin çıxarılmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi