Nigerdəki üsyançılar Fransanı ölkədə sabitliyi pozmaq cəhdində ittiham ediblər

Digər ölkələr
  • 10 avqust, 2023
  • 02:51
Nigerdəki üsyançılar Fransanı ölkədə sabitliyi pozmaq cəhdində ittiham ediblər

Fransa Afrika ölkəsində yerləşdirilmiş hərbi kontingentini cəlb etməklə Nigerdə ​​sabitliyi pozmaq planını həyata keçirməyə hazırlaşır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu dövlət çevrilişindən sonra Niameydə yaradılmış Vətəni Xilasetmə Milli Şurasının rəsmi nümayəndəsi polkovnik Amadu Abdraman bildirib.

"Nigerdə ​​yerləşdirilən Fransa hərbi kontingenti Milli Şuranı gözdən salmaq üçün ölkədə sabitliyi pozmaq planını işə salmağa çalışır", - Abdraman deyib.

O vurğulayıb ki, bunun fonunda müdafiə və təhlükəsizlik qüvvələrinə əhalinin səfərbər edilməsi barədə göstəriş verilib.

44 - Tezliklə