Nigerin paytaxtı Niameydə benzindaşıyan maşının partlaması nəticəsində azı 56 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə dünən gecə şəhərin hava limanına yaxın ərazidə benzindaşıyan maşının aşması nəticəsində baş verib.
Yerli sakinlər, əsasən də, qadın və yeniyetmələr qəzadan bir neçə dəqiqə sonra partlayan maşından axan yanacağı toplamağ başalyıblar.
Partlayış qurbanlarının sayı arta bilər, xilasedicilər əksərinin təmiz yandığı meyitlərin axtarışını davam etdirir.