Niger, Mali və Burkina-Faso rəsmi olaraq ECOWAS-dan çıxıb

Niger, Mali və Burkina-Faso rəsmi olaraq ECOWAS-dan çıxıb Niger, Mali və Burkina-Faso Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxma prosesini rəsmi olaraq başa çatdırıb.
Digər ölkələr
29 Yanvar , 2025 12:21
Niger, Mali və Burkina-Faso rəsmi olaraq ECOWAS-dan çıxıb

Niger, Mali və Burkina-Faso Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxma prosesini rəsmi olaraq başa çatdırıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regional birliyin bəyanatında bildirilib.

"Qərar bu gün qüvvəyə minib", - bəyanatda vurğulanıb.

Eyni zamanda, birlik "ECOWAS-ın qapılarını açıq saxlamağı" vəd edib. Təşkilatın rəhbərliyi, həmçinin birlik ölkələrinə müraciət edərək Niger, Mali və Burkina-Faso üçün ECOWAS üzvlüyündə nəzərdə tutulan imtiyazları, o cümlədən ittifaq pasportu olduqda regionda sərbəst hərəkəti saxlamağı xahiş edib.

2024-cü ilin yanvar ayında Burkina-Faso, Niger və Mali üç ölkəyə qarşı qeyri-qanuni sanksiyalara görə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan ediblər.

Son xəbərlər

Orphus sistemi