Niderlandın şərqindəki kənddə bir ayda dördüncü dəfə quş qripi aşkarlanıb

Niderlandın şərqindəki kənddə bir ayda dördüncü dəfə quş qripi aşkarlanıb Niderlandın şərqindəki Lunterene kəndində bir ayda dördüncü dəfə quş qripi aşkarlanıb.
Digər ölkələr
23 Aprel , 2022 15:42
Niderlandın şərqindəki kənddə bir ayda dördüncü dəfə quş qripi aşkarlanıb

Niderlandın şərqindəki Lunterene kəndində bir ayda dördüncü dəfə quş qripi aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Teleradioyayım Korporasiyası (NTK) məlumat yayıb.

Məlumata görə, söhbət, çox güman, yüksək patogenli variantdan getdiyindən vəziyyət ciddi narahatlıq doğurur.

Fermadavirusun yayılmasının qarşısını almaq üçün 88 min toyuq, həmçinin 1 km radiusda yerləşən yeddi fermada bütün quşlar məhv edilib. NTK-dan qeyd ediblər ki, 3 kilometr radiusda 53 quşçuluq ferması var və hazırda onlarda Niderland Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı tərəfindən quş qripinin olub-olmamasına dair yoxlamalar aparılır.

On kilometr radiusda 236 quşçuluq ferması var. Onların əksəriyyətinə artıq quş əti, həmçinin yumurta, peyin və yataq dəstlərinin daşınması qadağan edilib.

Son xəbərlər

Orphus sistemi