Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib

Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib Rusiya Xarici İşlər Nazirliyi Fransanı etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə və Yeni Kaledoniyanın yerli əhalisinin hüquq və azadlıqlarına əməl olunmasını təmin etməyə çağırıb.
Digər ölkələr
18 May , 2024 16:05
Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib

Rusiya Xarici İşlər Nazirliyi Fransanı etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə və Yeni Kaledoniyanın yerli əhalisinin hüquq və azadlıqlarına əməl olunmasını təmin etməyə çağırıb.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Parisi etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə, Yeni Kaledoniyanın və nəzarəti altında olan digər dənizaşırı ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına riayət olunma təmin etməyə çağırırıq”, - o bildirib.

İctimai narazılığın artmasının səbəbi kimi Fransa parlamentində 1998-ci ildən bəri qüvvədə olan yerli seçkilərdə səsvermə qaydasını dəyişdirmək üçün hazırlanmış və adada 10 ildən çox yaşayan hər kəsə seçki hüququ verən bir qanun layihəsinin nəzərdən keçirilməsi göstərilib.

“Bu qanunvericilik təşəbbüsünün əleyhdarları səbəbsiz olaraq Parisin kanakları öz müqəddəratını təyinetmə hüququndan tamamilə məhrum etmək, müstəqillik tərəfdarlarının mövqelərini pozmaq cəhdini görürlər”, - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Yeni Kaledoniyadakı böhran göstərir ki, Fransanın indi dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasəti dalana dirənir.

Vurğulanıb ki, BMT-nin təsnifatına görə, Yeni Kaledoniya özünü idarə etməyən ərazidir, yəni müstəmləkəsizləşdirmə prosesinin hələ də başa çatmadığı yerdir:

“Bildiyiniz kimi, xarici dövlətlərin daxili işlərinə qarışmırıq. Bu üsul daha çox Qərb və Fransa üşün xarakterikdir. Yelisey sarayı başqalarına dərs keçmək əvəzinə, öz dərin problemlərinə nəzər yetirməli idi”.

Son xəbərlər

Orphus sistemi