Niderlandda oyunlara qeyri-qanuni mərc edən 27 futbolçu müəyyən edilib

Niderlandda oyunlara qeyri-qanuni mərc edən 27 futbolçu müəyyən edilib Niderland rəhbərliyi son aylarda öz iştirakı ilə keçirilən matçlara və ya klubunun iştirak etdiyi yarışlarda oyuna mərc edən 27 futbolçunu müəyyən edib.
Digər ölkələr
16 Yanvar , 2023 02:42
Niderlandda oyunlara qeyri-qanuni mərc edən 27 futbolçu müəyyən edilib

Niderland rəhbərliyi son aylarda öz iştirakı ilə keçirilən matçlara və ya klubunun iştirak etdiyi yarışlarda oyuna mərc edən 27 futbolçunu müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası mümkün danışılmış oyunlarla bağlı siqnallara cavab vermək üçün nəzərdə tutulmuş Qumar Oyunları İdarəsinin xüsusi bölməsinin hazırladığı hesabata istinadən məlumat verib.

Telekanalın məlumatına görə, bu cür hərəkətlər cinayət məsuliyyəti daşıyır. Söhbət yüksək liqada və ya birinci divizionda çıxış edən 25 peşəkar futbolçudan, ikinci divizionda çıxış edən iki həvəskar idmançıdan gedir.

Məlumata görə, bəzi futbolçular onların iştirakı ilə, digərləri isə öz liqalarında, lakin yalnız rəqib komandaların iştirakı ilə keçirilən matçlara mərc qoyublar. Bundan əlavə, hər iki növ mərc edən oyunçular müəyyən edilib.

Mərcdə iştirak edən oyunçuların adları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi