Niderlandda koronavirusa yoluxma hallarının sayı 33 mini keçdi

Digər ölkələr
  • 20 aprel, 2020
  • 13:54
Niderlandda koronavirusa yoluxma hallarının sayı 33 mini keçdi

Niderlandda son sutka ərzində 750 nəfər yeni növ koronavirusa yoluxub, 67 nəfər virusdan ölüb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Hollandiya Milli Səhiyyə İnstitutu məlumat yayıb.

Bildirilib ki, bununla ölkədə qeydə alınmış yoluxma hallarının sayı 33 405-ə çatıb. 3 751 nəfər isə pandemiyanın qurbanı olub.

Ölkə xəstəxanalarında hazırda 9 779 nəfər COVID-19-dan müalicə olunur.