İsrail Fələstinə yanğınların söndürülməsində göstərilən köməkliyə görə təşəkkür edib

İsrail Fələstinə yanğınların söndürülməsində göstərilən köməkliyə görə təşəkkür edib Benyamin Netanyahu Mahmud Abbasa zəng edib
Digər ölkələr
26 Noyabr , 2016 22:28
İsrail Fələstinə yanğınların söndürülməsində göstərilən köməkliyə görə təşəkkür edib

Bakı. 26 noyabr. REPORT.AZ/ İsrailin baş naziri Benyamin Netanyahu noyabrın 26-sı axşam Fələstin Administrasiyasının lideri Mahmud Abbasa zəng edərək yanğınların söndürülməsində göstərdiyi köməkliyə görə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, Netanyahu Abbasa Hayfa və Yerusəlim ətrafı rayonlarda yanğınla mübarizədə iştirak edən səkkiz yanğınsöndürən qrupun göndərilməsi və göstərilən yardıma görə təşəkkürünü ifadə edib.

İsrailin hökumət başçısı bildirib ki, yəhudilər və ərəblər yanğınlardan xilas olaraq öz evlərini tərk etmək məcburiyyətində qalan insanları birgə qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi