Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb

Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı anklavda yerləşən Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 23-nü məhv edib.
Digər ölkələr
27 Sentyabr , 2024 20:01
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb

İsrail ordusu Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı anklavda yerləşən Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 23-nü məhv edib.

“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

“İsrail HƏMAS-ın 24 batalyonundan 23-nü məhv edib”, - o bildirib.

Baş nazir qeyd edib ki, İsrailə hücum zamanı HƏMAS-ın sıralarında 40 minə yaxın silahlı olub, onların arsenalında 15 min idarə olunmayan raket olub. İndi isə İsrail ordusu HƏMAS-ın başqa hansı variantları qaldığını öyrənməyə davam edir və onun infrastrukturunun qalıqlarını sıradan çıxarır.

Netanyahunun sözlərinə görə, əməliyyatın əvvəlində HƏMAS-ın yeraltı tunellərinin ümumi uzunluğu 560 km-dən çox olub.

“Ordumuz terrorçuların yarıdan çoxunu ya ələ keçirib, ya öldürüb, onların raket arsenalının 90 %-dən çoxunu məhv edib və yeraltı şəbəkələrinin əsas elementlərini sıradan çıxarıb”, - siyasətçi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi