Netanyahu "Likud" lideri seçkilərində qələbə qazandığını bildirib

Netanyahu "Likud" lideri seçkilərində qələbə qazandığını bildirib İsrailin baş naziri Binyamin Netanyahu Likud partiyasının daxilindəki lider seçkilərində qələbə qazandığını bildirib.
Digər ölkələr
27 Dekabr , 2019 03:15
Netanyahu Likud lideri seçkilərində qələbə qazandığını bildirib

İsrailin baş naziri Binyamin Netanyahu "Likud" partiyasının daxilindəki lider seçkilərində qələbə qazandığını bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı özünün "Twitter"dəki səhifəsində yazıb.

"Böyük qələbə! "Likud" üzvlərinə və dostlara etimad, dəstək və sevgiyə görə təşəkkür!. Allahla və sizin köməyinizlə mən qarşıdakı seçkilərdə "Likud"u böyük qələbəyə aparacam və İsrail dövlətini görünməmiş nailiyyətlərə aparmağa davam edəcəyəm", - deyə Netanyahu "Twitter"də yazıb.

"Likud"da keçirilən daxili seçkilərdə seçici fəallığı 49%-dən çox olub. İsrailin "13-cü Kanal"ının məlumatına görə, Netanyahu 70%-dən çox səs toplayıb. Onun seçkilərdəki əsas rəqibi ölkənin sabiq-daxili işlər naziri Qideon Saar olub. 

Qərargah rəsmi nəticələri cümə günü səhər açıqlayacağına söz verib. 

Son xəbərlər

Orphus sistemi