Yuxarı

Netanyahu: İran məsələsində ABŞ-la səylərimizi birləşdirəcəyik

ABŞ-da səfərdə olan İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu İran mövzusunu şərh edib

Bakı. 10 noyabr. REPORT.AZ/ İranın nüvə proqramı üzrə sazişin tam icrası məqsədi ilə ABŞ ilə İsrail səylərini birləşdirmək niyyətindədir.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-da səfərdə olan İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu qeyd edib ki, "İranın regiondaki təcavüzünün qarşısını almaq üçün əməkdaşlıq əsas şərtdir".

Onun sözlərinı görə, İsrail ilə ABŞ arasında müəyyən fikir ayrılıqları olsa da, "İran təhlükəsinə qarşı birgə mübarizə aparma əzmi mövcuddur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi