Yuxarı

Nepalda zəlzələ qurbanlarının sayı 2,2 min nəfəri ötüb - YENİLƏNİB

Zərərçəkənlərin 4 min 718 nəfərdir

Bakı. 26 aprel. REPORT.AZ/ Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2,2 min nəfəri ötüb.

"Report" "Frans-Press"ə istinadən xəbər verir ki, güclü seysmik təkanlar Everest zirvəsinin yamaclarında yeni qar uçqunlarına səbəb olub.

Bundan əvvəl uçqunlar nəticəsində 65 alpinistin öldüyü, daha min nəfərin isə təxliyə edilməyi gözlədiyi xəbər verilmişdi.

İlk xəbər 08:59-da yerləşdirilib

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1805 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə hakimiyyət orqanlarına istinadən "The Times of India" nəşri məlumat yayıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı hazırda 4 min 718 nəfərdir.

Nepal hakimiyyəti aprelin 25-də ölkədə baş verən 7,4 bal gücündə zəlzələ səbəbindən fövqəladə vəziyyət elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi