Nepalda zəlzələ qurbanlarının sayı 2,2 min nəfəri ötüb - YENİLƏNİB

Nepalda zəlzələ qurbanlarının sayı 2,2 min nəfəri ötüb - YENİLƏNİB Zərərçəkənlərin 4 min 718 nəfərdir
Digər ölkələr
26 Aprel , 2015 16:31
Nepalda zəlzələ qurbanlarının sayı 2,2 min nəfəri ötüb - YENİLƏNİB

Bakı. 26 aprel. REPORT.AZ/ Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2,2 min nəfəri ötüb.

"Report" "Frans-Press"ə istinadən xəbər verir ki, güclü seysmik təkanlar Everest zirvəsinin yamaclarında yeni qar uçqunlarına səbəb olub.

Bundan əvvəl uçqunlar nəticəsində 65 alpinistin öldüyü, daha min nəfərin isə təxliyə edilməyi gözlədiyi xəbər verilmişdi.

İlk xəbər 08:59-da yerləşdirilib

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1805 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə hakimiyyət orqanlarına istinadən "The Times of India" nəşri məlumat yayıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı hazırda 4 min 718 nəfərdir.

Nepal hakimiyyəti aprelin 25-də ölkədə baş verən 7,4 bal gücündə zəlzələ səbəbindən fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi