Yuxarı

Nepalda zəlzələ olub, sakinlər evlərini tərk ediblər

Onlar yeni, daha dağıdıcı yeraltı təkanlardan ehtiyatlanırlar

Bakı. 28 avqust. REPORT.AZ/ Nepalın qərbində 4 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri Bacura rayonunda, paytaxt Katmandudan təqribən 600 km. aralıda qeydə alınıb. Yerli sakinlər yeni, daha dağıdıcı yeraltı təkanlardan ehtiyatlanaraq evlərini tərk ediblər.

Hələ ki, təkrar təkanlar baş verməyib, lakin əhalinin bir qismi küçələrdə gecələməyə üstünlük verir.

Tələfat və ciddi dağıntılar barədə mlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi