Yuxarı
    Bağlamaq

    Nepalda bərə aşıb: - 20 nəfər itkin düşüb

    Hadisə zamanı 37 nəfər xilas edilib

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Nepalda bərənin aşması nəticəsində 20 nəfər itkin düşüb.

    "Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər yayıb.

    Məlumata görə, hadisə ölkənin şərqində Sunsari rayonunda, Kosi çayında baş verib. Hadisə zamanı 37 nəfər xilas edilib.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə günorta baş verib. Normadan iki dəfə artıq yüklənmiş qayıq sürətli axına tab gətirməyərək çevrilib.

    Polis, xilasedicilər və ordu bölmələri axtarış-xilasetmə əməliyyatına başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi