Nursultan Nazarbayevin partiyası parlament seçkilərinin qalibi oldu

Nursultan Nazarbayevin partiyası parlament seçkilərinin qalibi oldu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin başçılıq etdiyi "Nur-Otan" Partiyası ölkədə keçirilən parlament seçkilərində qələbə qazanıb.
Digər ölkələr
12 Yanvar , 2021 08:25
Nursultan Nazarbayevin partiyası parlament seçkilərinin qalibi oldu
Nursultan Nazarbayev
0 : 00
0 : 00

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin başçılıq etdiyi "Nur-Otan" Partiyası ölkədə keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

“Report” “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Konstantin Petrov seçkilərin yekun nəticələri ilə bağlı açıqlamasında bildirib.

O, qeyd edib ki, Nur-Otan" Partiyası seçicilərin 71,09%-nin səsini yığıb.

"Partiya "Nur-Otan 71,09%-dir", - Petrov deyib.

MSK-nın məlumatına görə, yeddi faizlik baryeri həmçinin “Ak Jol (“İşıqlı yol") 10,95%-lə, “Qazaxıstan Xalq Partiyası” 9,1%-lə keçib.

Parlament seçkilərində iştirak etmiş “Aıul” (“Kənd”) və “Adal” (“Dürüst”) partiyaları müvafiq olaraq 5,29% və 3,57% faiz səs toplayıblar.

Son xəbərlər

Orphus sistemi