NATO-nun rəsmi himni yaradılıb

NATO-nun rəsmi himni yaradılıb Bakı. 5 yanvar. REPORT.AZ/ Şimali Atlantika Alyansı özünün rəsmi himnini təsdiqləyib.
Digər ölkələr
5 Yanvar , 2018 03:32
NATO-nun rəsmi himni yaradılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Şimali Atlantika Alyansı özünün rəsmi himnini təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı NATO-nun saytında məlumat verilir.

Qeyd edilir ki, təşkilatın əvvəllər də öz himni olub. Lakin o, rəsmən təsdiqlənməyib. Xüsusən 1989-cu ildə NATO ilə bağlı tədbirlərdə kapitan, Lüksemburq Hərbi Orkestrinin dirijoru Andre Reyxlinq tərəfindən bəstələnmiş mahnı ifa edilib.

Saytda bildirilir ki, yeni himnin sözləri yoxdur və o, 20 musiqi aləti – üç saksafon, təbil, fleyta, qoboy, iki klarnet və s. üçün bəstələnib. 

Son xəbərlər

Orphus sistemi