NATO-nun baş katibi Cənubi Koreyaya səfər edəcək

NATO-nun baş katibi Cənubi Koreyaya səfər edəcək Səfər zamanı Şimali Koreyadakı vəziyyət və bölgənin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə ediləcək
Digər ölkələr
27 Oktyabr , 2017 12:39
NATO-nun baş katibi Cənubi Koreyaya səfər edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ NATO-nun Baş katibi Yens Stoltenberq Cənubi Koreyaya səfər edəcək. 

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, səfər zamanı Şimali Koreyadakı vəziyyət və bölgənin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə ediləcək. 

Məlumata görə, Y.Stoltenberq Cənubi Koreya Prezidenti Mun Çje İn və xarici işlər naziri Kan Gyon Xva ilə görüşəcək.

Baş katibin Cənubi Koreya rəsmiləri ilə kütləvi qırğın silahının yayılmaması, kiber təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə məsələlərini də müzakirə etməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi