NATO heç bir ölkənin alyansa qoşulması ilə bağlı Rusiyaya güzəştə getməyəcək

NATO heç bir ölkənin alyansa qoşulması ilə bağlı Rusiyaya güzəştə getməyəcək NATO heç bir ölkənin alyansa qoşulmaq hüququ ilə bağlı Rusiya ilə güzəştə getməyəcək.
Digər ölkələr
26 Yanvar , 2022 23:08
NATO heç bir ölkənin alyansa qoşulması ilə bağlı Rusiyaya güzəştə getməyəcək
Yens Stoltenberq

NATO heç bir ölkənin alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək.

“Report” xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək”, - baş katib əlavə edib.

Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla yanaşı deyib ki, dialoq ziddiyətlərin nizamlanması üçün zəruridir. “NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”, - Stoltenberq vurğulayıb.

NATO baş katibi həmçinin Rusiyanı missiyalarının bərpasına dəvət edib. Yens Stoltenberq bildirib ki, alyans Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı cavabında tərəflərin diplomatik missiyalarının bərpasını təklif edib.

"Biz Moskva və Brüsseldəki ofislərimizi bərpa etməliyik", - o deyib.

Stoltenberq onu da vurğulayıb ki, NATO Rusiyaya birbaşa rabitə xətti yaratmağı təklif edir.

Son xəbərlər

Orphus sistemi