Yuxarı

NATO beynəlxalq qanunlara riayət olunduğu təqdirdə Rusiya ilə münasibətləri bərpa etməyə hazırdır

NATO Rusiya və istənilən millət üçün təhlükə yaratmır

Bakı. 27 dekabr. REPORT.AZ/ "NATO Rusiya üçün təhlükə yaratmır və konstruktiv münasibətlərin bərpasına hazırdır". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Alyansın rəsmi nümayəndəsi Oana Lunqesku bildirib. 

"NATO Rusiya və istənilən millət üçün təhlükə yaratmır ", - O.Luqanesku RF prezidenti Vladimir Putin tərəfindən təsdiq olunan Rusiyanın yeni hərbi doktrinasını şərh edərkən bəyan edib. 

Onun sözlərinə görə, "NATO tərəfindən onun üzvlərinin təhlükəsizliyi üçün atılan istənilən addımlar müdafiə xarakteri daşıyır və beynəlxalq hüquqa müvafiqdir". 

"NATO ötən iyirmi il ərzində olduğu kimi,  Rusiya ilə konstruktiv əlaqələri qurmağa davam edəcək. Lakin bu yalnız Rusiyanın beynəlxalq qanun və prinsiplərə, o cümlədən millətlərin öz gələcəyini müstəqil şəkildə seçmək hüququna riayət edəcəyi zaman mümkündür", - NATO rəsmi nümayəndəsi bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi