NATO 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondu yaradacaq

Digər ölkələr
  • 21 oktyabr, 2021
  • 09:56
NATO 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondu yaradacaq
Yens Stoltenberq

"NATO-nun müdafiə nazirləri süni intellektlə bağlı strategiya qəbul edəcək və 1 milyard avroluq Hərbi İnnovasiyalar Fondunun yaradılmasını bəyan edəcəklər".

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bunu alyansın müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə səfər etmiş NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

NATO-nun İnnovasiyalar Fondu hərbi texnologiyaların və iki təyinatlı texnologiyaların yaradılmasını aktivləşdirmək məqsədilə qrantların ayrılması üçün istifadə ediləcək.

Bundan başqa, NATO alyans ölkələrində istehsal edilən mülki təyinatlı texnologiyaların hərbi istifadəsi yollarının axtarışı ilə məşğul olan DIANA texnologiya mərkəzləri şəbəkəsinin yaradılmasını aktivləşdirmək niyyətindədir.