NASA astronavt çatışmazlığını elan edib

NASA astronavt çatışmazlığını elan edib ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının sayı 150-dən 44-ə qədər azalıb.
Digər ölkələr
17 Yanvar , 2022 08:55
NASA astronavt çatışmazlığını elan edib

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının sayı 150-dən 44-ə qədər azalıb.

“Report” xəbər verir ki, bu barədə qurumun ofisinin hesabatına istinadən “Futurism” nəşri məlumat yayıb.

Məlumata görə, mütəxəssislərin belə azalması 2000-ci ildən müşahidə edilir.

Qeyd edilir ki, bu vəziyyət ABŞ-da narahatlıq doğurur, çünki NASA daha əvvəl uçuş proqramları ilə bağlı iddialı planlar açıqlayıb.

Sənəddə yaxın illərdə astronavtların sayının artmayacağı bildirilir. Mütəxəssislərin əksəriyyəti təqaüd yaşına çatıb və qurum hələ ki, yeni işçiləri işə götürə bilməyib.

Son xəbərlər

Orphus sistemi