Yuxarı

​Myanmada müsəlmanların doğumuna nəzarət qanunu qüvvəyə minib

ABŞ dövlət katibinin müavini Antoni Blinken Seyin Selinlə görüşündə bu qanunu tənqid edib

Bakı. 25 may. REPORT.AZ/ Myanma (Birma) prezidenti Teyin Sein ölkədəki müsəlmanların doğumuna nəzrət edilməsi haqda qanunu imzalayıb.

"Report" xəbər verir ki, bu haqda "Gardian" məlumat yayıb.

Qəzetin yazdığına görə, hakimiyyət ölkədəki Arakan müsəlmanlarının sayının "sürətlə çoxalması"nın qarşını almaq üçün bu tədbirə əl atıb.

Xəbərdə bildirilib ki, Arakan müsəlmanlarına Myanma vətəndaşlığı hüququ verməyən hakimiyyət onları ölkədən köçüb, getməyə məcbur edir.

Müsəlmanların doğumuna məhudiyyət qoyan həmin qanun "Əhalinin sayına nəzarət üçün səhiyyə büdcəsi" adlanır. 

Məlumata əsasən, ABŞ dövlət katibinin müavini Antoni Blinken Seyin Selinlə görüşündə bu qanunu tənqid edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi