Müxalifət Slovakiya baş nazirinə sui-qəsddə şübhəli bilinən şəxsin onlarla bağlılığını inkar edir - YENİLƏNİB

Digər ölkələr
  • 15 may, 2024
  • 16:56
Müxalifət Slovakiya baş nazirinə sui-qəsddə şübhəli bilinən şəxsin onlarla bağlılığını inkar edir - YENİLƏNİB

Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxsin onların partiyasının üzvü olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.

“Onun hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik. Onun həmçinin partiyamız ilə də heç bir əlaqəsi yoxdur. Onun iyrənc hərəkətini qətiyyətlə pisləyirik”, - partiyanın bəyanatında deyilir.

20:03

Slovakiyanın Baş naziri Roberto Fitsoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir.

“Report” xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.

Şübhəli şəxs yazıçıdır, lakin hazırda özəl mühafizə şirkətində işləyir.

Fitsoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin oğlu mediaya açıqlamasında atasının qanuni şəkildə silaha sahib olduğunu deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti