Yuxarı
    Bağlamaq

    Müstəntiqlər Fransa XİN rəhbərinin oğlunu dindirib

    Tom Fabius dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindirilib

    Bakı. 30 yanvar. REPORT.AZ/ Müstəntiqlər Fransanın xarici işlər naziri Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı  dindirib.

    Bu barədə "Report" AFP"yə istinadən xəbər verir. 

    Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan işdən gedir. Müstəntiqləri xüsusi olaraq Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 mln. avroya alınan Parisdəki mənzil maraqlandırıb. 

    Bu işlə bağlı  fransalı nazirin oğlu dekabr ayının ortalarında12 saat müddətinə həbs olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi