"ABŞ hökuməti ilə Əfqanıstanda fəaliyyət göstərən islamçı “Taliban” hərəkatı arasındakı danışıqlarda xeyli irəliləyiş var".
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin baş müşaviri Vahid Ömər bildirib.
“Ümidvarıq ki, danışıqların bu mərhələsi Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqların başlamasına gətirib çıxaracaq”, – müşavir deyib.
Ötən gün “Taliban”ın Doha nümayəndəliyinin sözçüsü Süheil Şahin “razılaşma imzalanacağı günlərdə irimiqyaslı hücumlardan vaz” keçəcəklərini bildirib.
NATO-nun Baş katibi Yens Stoltenberq də “Taliban”ın Əfqanıstanda zorakılığı azaltmağı təmin etmək iqtidarında olduğunu göstərməyə çağırıb.
ABŞ KİV-i xəbər verir ki, Prezident Donald Tramp administrasiyası artıq bu həftə sülh sazişini açıqlaya bilər. Bu, ABŞ-ın başçılıq etdiyi koalisiya ilə “Taliban” arasında atəşkəsə çağırış olacaq. Daha sonra imzalanacaq sülh sazişi çərçivəsində ABŞ Əfqanıstandakı hərbi qüvvələrini 12-13 mindən 8,6 minədək azaldacaq.