Mosulda İŞİD terrorçularının başçılarından biri tutulub

Mosulda İŞİD terrorçularının başçılarından biri tutulub İŞİD-in lideri Əbu Bəkir Bağdadinin yeri isə bilinmir
Digər ölkələr
25 Aprel , 2017 15:54
Mosulda İŞİD terrorçularının başçılarından biri tutulub

Bakı. 25 aprel. REPORT.AZ/ İraqın Mosul əyalətində Əski Şehir şəhərinin El-Jada stadionu yaxınlığında terrorçu İŞİD qruplaşmasının başçılarından biri tutulub.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, o, İraq polisi tərəfindən saxlanılıb.

Məlumata görə, həmin dəstə başçısının fotosu yayılıb.

ABŞ-ın baçılıq etdiyi İraqdakı beynəlxalq koalisiya qüvvələrinin sözçüsü Con Dorrian deyib ki, İŞİD-in lideri Əbu Bəkir Bağdadinin yeri isə bilinmir: “Onun İraqda Mosuldan başqa qaçacaq yeri qalmayıb”.

Son xəbərlər

Orphus sistemi