Moskvada Yaxın Şərq konfransı keçirilə bilər

Moskvada Yaxın Şərq konfransı keçirilə bilər Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbas Rusiya prezidenti Vladimir Putindən Fələstin - İsrail münaqişəsinə dair beynəlxalq konfrans keçirmələrini istəyib.
Digər ölkələr
20 May , 2020 18:09
Moskvada Yaxın Şərq konfransı keçirilə bilər
AFN

Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbas Rusiya prezidenti Vladimir Putindən Fələstin - İsrail münaqişəsinə dair beynəlxalq konfrans keçirmələrini istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bildirib.

“Bir neçə həftə əvvəl Mahmud Abbas prezident Putinə məktub göndərərək Fələstinlə İsrail arasında sülhə nail olmaq üçün Moskvada beynəlxalq konfrans keçirmələrini xahiş edib. Həmin konfrans iki dövlət variantına əsasən İsrail ilə Fələstin arasında münaqişəyə son qoymaq üçün ikitərəfli danışıqların yeni mexanizmini yaratmalıdır”, - səfir deyib.

Diplomatın sözlərinə görə, Rusiya prezidenti də cavab məktubunda Fələstin tərəfinə, həmçinin Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasındakı həllinə dəstəyini təsdiqləyib.

“Rusiya, ABŞ, Avropa İttifaqı və BMT Yaxın Şərq münaqişəsinin dörd vasitəçisi arasında görüş təşkil etməyə çalışırlar”, - deyən fələstinli diplomat İsraillə iki dövlət prinsipinə söykənərək danışıqları davam etdirmək istədiklərini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi