Putin 4 saat ərzində 67 sualı cavablandırıb - YENİLƏNİB

Putin 4 saat ərzində 67 sualı cavablandırıb - YENİLƏNİB Rusiyanın paytaxtı Moskvada Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla “Birbaşa xətt” və jurnalistləri ilə geniş mətbuat konfransı başlayıb.
Digər ölkələr
14 Dekabr , 2023 17:32
Putin 4 saat ərzində 67 sualı cavablandırıb - YENİLƏNİB

Moskvada Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla “birbaşa xətt” və jurnalistlər ilə geniş mətbuat konfransı başa çatıb.

“Report” xəbər verir ki, “İlin nəticələri” adlı tədbir 4 saat 4 dəqiqə davam edib.

Bu müddət ərzində Rusiya Prezidenti vətəndaşların, federal və regional Rusiya KİV-lərinin jurnalistlərinin, habelə xarici jurnalistlərin ümumilikdə 67 sualını cavablandırıb.

13:21

Rusiyanın paytaxtı Moskvada Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla “birbaşa xətt” və jurnalistlər ilə geniş mətbuat konfransı başlayıb.

“Report” xəbər verir ki, bu tədbir “İlin nəticələri” adlandırılıb.

Qeyd edək ki, zalda federal və regional Rusiya KİV-lərinin nümayəndələri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici jurnalistlər iştirak edirlər.

Bu formatda geniş mətbuat konfransı və “birbaşa xətt” bu vaxta qədər yalnız bir dəfə - 2020-ci ildə keçirilib.

Son xəbərlər

Orphus sistemi