Moskvada əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb - VİDEO

Moskvada əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb - VİDEO Hicablı qadın uşağın kəsilmiş başını əlində saxlayaraq ətrafdakıları özünü partladacağıyla hədələyib
Digər ölkələr
29 Fevral , 2016 14:46
Moskvada əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb - VİDEO

Bakı. 29 fevral. REPORT.AZ/ Moskvada metro stansiyası yaxınlığında əlində paytaxtın şimal-qərbində mənzildə törədilmiş yanğından sonra başsız bədəni tapılan uşağın kəsilmiş başı olan qadın saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova məlumat verib.

Onun sözlərinə görə, “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında uşağın öldürülməsində şübhəli bilinən dayəsi saxlanılıb.

"REN TV"nin məlumatına görə, hicablı qadın uşağın kəsilmiş başını əlində saxlayaraq ətrafdakıları özünü partladacağıyla hədələyib.

KİV-in məlumatına görə, yanğın bu gün səhər saatlarında çoxmərtəbəli binada baş verib. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını alıb. Dörd nəfər xilas edilib. Amma hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti də aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürülüb, mənzil yandırılıb.

Faktla bağlı istintaq komitəsi araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi