Monteneqroda yanğın ərazisində itkin düşənlər tapılaraq xilas edilib

Monteneqroda yanğın ərazisində itkin düşənlər tapılaraq xilas edilib Monteneqronun Nikşiç şəhəri yaxınlığında meşə yanğınlarının tüğyan etdiyi dağlarda yolu azmış turistləri xilas etmək mümkün olub. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dağlıq ərazi üzrə Xilasetmə Xidmətinin mətbuat xidmət
Digər ölkələr
9 Avqust , 2021 05:41
Monteneqroda yanğın ərazisində itkin düşənlər tapılaraq xilas edilib

Monteneqronun Nikşiç şəhəri yaxınlığında meşə yanğınlarının tüğyan etdiyi dağlarda yolu azmış turistləri xilas etmək mümkün olub.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dağlıq ərazi üzrə Xilasetmə Xidmətinin mətbuat bürosu feysbukda bildirib.

"Monteneqronun beş vətəndaşı Neqoş dağı ərazisində itib. Monteneqronun Dağlıq ərazi üzrə Xilasetmə Xidmətinin və Daxili İşlər Nazirliyinin helikopter dəstəsinin əməkdaşları xilasedici əməliyyata başlayıblar. Əməliyyat müvəffəqiyyətlə başa çatıb", - xəbərdə deyilir.

Daha əvvəl məlum olub ki, ölkənin böyüklüyünə görə ikinci şəhəri Nikşiç ətrafında 5 nəfər itkin düşüb. Qeyd edilirdi ki, yanğınların söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Həmçinin Nikşiç polisi yanğınları törədən 19 yaşlı gənci şəhərin yaxınlığında saxlayıb. Onun barəsində cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi