Yuxarı
    Bağlamaq

    Monteneqro NATO-ya qəbul edilib

    Yens Stoltenberq: Müttəfiqlərimiz protokolu təsdiqlədikdən sonra Monteneqro Alyansın 29-cu üzvü olacaq

    Bakı. 19 may. REPORT.AZ/ Monteneqronun NATO-ya daxil olması haqda protokol imzalanıb. "Report" xəbər verir ki, bu haqda UNİAN məlumat yayıb.

    Protokolu NATO-nun rəhbərləri və Alyansa üzv dövlətlərin xarici işlər nazirləri imzalayıblar.

    Sənəd quruma üzv dövlətlərin parlamentlərində təsdiqləndikdən sonra Monteneqro NATO-nun 29-cu üzvü olacaq.

    "Müttəfiqlərimiz protokolu təsdiqlədikdən sonra Monteneqro Vaşinqton müqaviləsinə qoşulmağa dəvət ediləcək və Alyansın 29-cu üzvü olacaq", - deyə NATO-nun baş katibi Yens Stoltenberq təntənəli mərasimdə çıxışı zamanı vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi