Sandu Moldovanın yeni baş nazirinin seçilməsi ilə bağlı məsləhətləşmələr aparacaq - YENİLƏNİB
- 03 iyul, 2026
- 13:06
Moldova Prezidenti Maya Sandu Baş nazir Aleksandru Muntyanunun istefasını qəbul edib və bildirib ki, iyulun 6-da yeni hökumət başçısının seçilməsi məsələsi ilə bağlı parlament fraksiyaları ilə məsləhətləşmələr aparacaq.
"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Mən Aleksandru Muntyanunun istefasını nəzərə aldım və xidmətinə, eləcə də mürəkkəb, lakin zəruri islahatları başlatdığına görə ona təşəkkür edirəm. Bazar ertəsi mən yeni baş nazirin təyin edilməsi üzrə parlament fraksiyaları ilə məsləhətləşmələrə başlayıram. Moldovanın yolu dəyişməz qalır: islahatlar və Aİ-yə üzvlük", - o qeyd edib.
Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini elan edib.
"Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə bildirib.
"Mən Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və vəziyyətin yaxşılaşmasına töhfə verə biləcəyimə qəti əminliklə qəbul etdim. Sadiq qaldığım prinsip və əqidələrə uyğun olaraq öz mandatımı artıq icra edə bilməyəcəyimi anladığım an getmək qərarına gəldim. Harada yaşayacağımdan və ya hansı vəzifələri yerinə yetirəcəyimdən asılı olmayaraq, istər dövlət, istərsə də özəl sektorda, olacağım istənilən mövqedən öz ölkəmə xidmət etməyə davam edəcəyəm", - o qeyd edib.
Muntyanu 2025-ci il noyabrın 1-i Moldovanın Baş naziri olub. Ölkə Prezidenti Maya Sandu onun bu vəzifəyə namizədliyinin irəli sürülməsi haqqında fərmanı 2025-ci il oktyabrın 24-ü imzalayıb.