Moldova prezidenti: "Putindən pul istəməmişəm"

Moldova prezidenti: "Putindən pul istəməmişəm" İqor Dodon Moldovanın Aİ ilə assosiativ sazişinin ləğvini istisna etməyib
Digər ölkələr
18 Yanvar , 2017 12:00
Moldova prezidenti: Putindən pul istəməmişəm

Bakı. 18 yanvar. REPORT.AZ/ Moldova prezidenti İqor Dodon Rusiya prezidenti Vladimir Putinə maliyyə dəstəyi üçün müraciət etmədiyini bəyan edib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

"Bura pul dalınca gəlməmişik. Putindən pul istəməmişəm. Bizə tilov verin, balığı özümüz tutarıq. Bizə qazanmaq, istehsal edib ixrac etmək imkanı verin", - deyə o vurğulayıb.

İ.Dodon moldovanların çalışqan xalq olduğunu və öz ölkələrini qidalandıra biləcəklərini qeyd edib.

Eyni zamanda, Moldova prezidenti Avropa İttifaqı ilə assosiativ sazişin ləğvini istisna etməyib. O, real vəziyyətin mövcudluğunu və Moldova rəhbərliyinin praqmatik olduğunu bildirib.

İ.Dodonun sözlərinə görə, Moldova və Aİ arasında bir sıra sazişlər tələsik imzalanıb.

Son xəbərlər

Orphus sistemi