Moldova prezidenti Kişineuda keçirilən etiraz aksiyalarına münasibət bildirib

Moldova prezidenti Kişineuda keçirilən etiraz aksiyalarına münasibət bildirib Bakı. 27 avqust. REPORT.AZ/ Moldova prezidenti İqor Dodon paytaxt Kişineuda keçirilən etiraz aksiyalarına münasibət bildirib.
Digər ölkələr
27 Avqust , 2018 10:19
Moldova prezidenti Kişineuda keçirilən etiraz aksiyalarına münasibət bildirib
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Moldova prezidenti İqor Dodon paytaxt Kişineuda keçirilən etiraz aksiyalarına münasibət bildirib.

"Report" xəbər verir ki, dövlət başçısı "Facebook" sosial şəbəkəsindəki səhifəsində belə etirazların ölkə üçün təhlükəli olduğunu yazıb. 

"Partiyaların Böyük Millət Məclisi meydanında etdikləri demokratiya adına biabırçılıqdır. Belə şeylərin Müstəqillik Günü ərəfəsində baş verməsi isə çox kədərlidir. Heç kimin siyasi maraqlar naminə manevrlər etmək üçün insanlardan istifadə etməyə mənəvi haqqı yoxdur", - İ.Dodon vurğulayıb. 

Prezidentin fikrincə, bütün bu nifrət və xaosun partlamentə də keçmək ehtimalı çox təhlükəlidir.

Qeyd edək ki, Moldova müxalifəti paytaxt Kişineuda mitinq keçirib və bir sıra tələblər irəli sürüb.

Son xəbərlər

Orphus sistemi