Moldova prezidenti Azərbaycanın XXI Beynəlxalq Milad Xeyriyyə Yarmarkasındakı stendini ziyarət edib

Moldova prezidenti Azərbaycanın XXI Beynəlxalq Milad Xeyriyyə Yarmarkasındakı stendini ziyarət edib İqor Dodon və xanımı Qalina Dodon milli mətbəximizin təamlarına qonaq edilib
Digər ölkələr
11 Dekabr , 2017 17:01
Moldova prezidenti Azərbaycanın XXI Beynəlxalq Milad Xeyriyyə Yarmarkasındakı stendini ziyarət edib
Report

Kişineu. 11 dekabr. REPORT.AZ/ Moldova prezidenti İqor Dodon və xanımı Qalina Dodon Azərbaycanın XXI Beynəlxalq Milad Xeyriyyə Yarmarkasındakı stendini ziyarət edib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri Leyla Orucova və Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov prezident və xanımını səmimi qarşılayaraq milli mətbəximizin təamlarına qonaq ediblər.

İ.Dodon yarmarkada Azərbaycan pavilyonunun yüksək səviyyədə qurulduğunu bildirib: “Azərbaycan pavilyonu həmişəki kimi çox gözəldir və milli koloritdə qurulub. Şadam ki, Azərbaycan diasporu Moldovada özünü çox yaxşı hiss edir”.

Qeyd edək ki, Mold Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Milad Xeyriyyə Yarmarkasında Moldovada akkreditə olunan 15-dən çox diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif təşkilatlar və şirkətlər qatılıb. Onların öz folkloru, milli mətbəxi, musiqisi, eksponat və geyimlərini sərgiləyiblər. Yarmarkada Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin birgə hazırladığı pavilyonda da ziyarətçilərə ölkəmizin milli mətbəxinin ləziz təamları və eləcə də müxtəlif çeşidli milli suvenirlər təqdim olunub. İştirakçılar yarmarkadakı satışdan toplanan və xeyriyyə məqsədilə istifadə olunacaq vəsaiti təşkilatçılara təhvil verəcəklər. 

Son xəbərlər

Orphus sistemi