Moldova Maliyyə Nazirliyində axtarışlar aparılır

Moldova Maliyyə Nazirliyində axtarışlar aparılır Əməliyyat səhər saatlarından başlayıb
Digər ölkələr
6 Oktyabr , 2017 14:28
Moldova Maliyyə Nazirliyində axtarışlar aparılır
Sputnik /Мирослав Ротарь

Bakı. 6 oktyabr. REPORT.AZ/ Moldova Maliyyə Nazirliyində korrupsiya ilə bağlı iş üzrə axtarışlar aparılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moldovanın Milli Antikorrupsiya Mərkəzinin mətbuat katibi Anjela Starinski məlumat verib.

"Maliyyə Nazirliyində axtarışlar aparılır. Əməliyyat səhər saatlarından başlayıb. Bir neçə nəfərin adının hallandığı korrupsiya işi ilə əlaqədardır. Daha ətraflı informasiya əməliyyat başa çatdıqdan sonra veriləcək", - A.Starinski bildirib.

Qeyd edək ki, Moldovada ötən ilin payızından etibarən korrupsiya işi üzrə kütləvi həbslər başlayıb.

Son xəbərlər

Orphus sistemi