Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib

Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib Moldova Konstitusiya Məhkəməsi iyunun 7-dən 9-dək qəbul etdiyi qərarı ləğv edib.
Digər ölkələr
15 İyun , 2019 18:07
Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib

Moldova Konstitusiya Məhkəməsi iyunun 7-dən 9-dək qəbul etdiyi qərarı ləğv edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin sədri Mihay Poalelunj bildirib.

Qeyd olunur ki, söhbət parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlardan gedir.

Bundan əlavə, Zinaida Qreçanının parlamentin sədri təyin edilməsi və Maya Sandunun formalaşdırdığı hökumətin qanunsuz olması barədə əvvəlki qərarlar ləğv edilib.

Məhkəmə sədrinin sözlərinə görə, bunlar yekun qərarlardır.

Son xəbərlər

Orphus sistemi