Federika Mogerini: "Şərq Tərəfdaşlığı Sammiti heç kimə qarşı yönəlməyib"

Federika Mogerini: "Şərq Tərəfdaşlığı Sammiti heç kimə qarşı yönəlməyib" "Aİ Tərəfdaşlığı heç bir zaman kiminləsə düşmənçilik etmək haqqında bəyanat olmayacaq"
Digər ölkələr
6 Mart , 2015 17:03
Federika Mogerini: Şərq Tərəfdaşlığı Sammiti heç kimə qarşı yönəlməyib

Bakı. 6 mart. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı Sammiti heç kimə qarşı yönəlməyib, bloklar və təsir sahələrinin müəyyənləşdirilməsi dövrü geridə qaldı". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bildirib. 

"Sammit Ukrayna münaqişəsi və bizim buna cavabımız kontekstində keçəcək", - Aİ ali nümayəndəsi Riqada parlamentlərarası konfransda çıxışı zaman bildirib. 

O qeyd edib ki, Avrasiya İqtisadi Birliyi artıq təsdiqlənərək fəaliyyətinə başlayıb və Aİ-nin iki tərəfdaşı olan Belarus və Ermənistan həmin birliyə daxil olublar: "Mən qeyd etmək istəyirəm ki, sammit bizim tərəfdaşlarımızla münasibətlərimizə aiddir, o, heç kimə qarşı yönəlməyib. Bloklara, təsir sferalarına əsaslanan təfəkkür tariximizin daha başqa və qaranlıq dövrünə aiddir. Aİ tərəfdaşlığı heç zaman kiminləsə düşmənçilik etmək haqqında bəyanat olmayacaq".

Xatırladaq ki, Şərq Tərəfdaşlığının növbəti sammiti mayın 21-22-də Riqada keçiriləcək. 

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə təsis olunub. Onun tərkibinə Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus daxildir. 

Son xəbərlər

Orphus sistemi