Mogerini: "2018-ci ildə "Şərq Tərəfdaşlığı" ölkələri ilə praktiki tərəfdaşlıq davam etdiriləcək"

Mogerini: "2018-ci ildə "Şərq Tərəfdaşlığı" ölkələri ilə praktiki tərəfdaşlıq davam etdiriləcək" "Bütün avropalıların həyatını həqiqətən yaxşılaşdırmaq üçün praktiki tərəfdaşlıq bizim əməkdaşlığımızın əsas məzmunudur"
Digər ölkələr
2 Yanvar , 2018 21:52
Mogerini: 2018-ci ildə Şərq Tərəfdaşlığı ölkələri ilə praktiki tərəfdaşlıq davam etdiriləcək

Bakı. 2 yanvar. REPORT.AZ/ Avropa İttifaqı diplomatisayının başçısı Federika Mogerini İttifaqın 2018-ci ildə 12 əsas fəaliyyət istiqamətini açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomat özünün bloqunda yazıb.

Onun fikrincə, bu istiqamətlər üzrə işlər 2017-ci ildə başlayıb və onları davam etdirmək lazımdır.

Mogerinin siyahısında Avropanın müdafiə məsələsi, miqrasiya ilə bağlı Afrika ilə əməkdaşlıq, Balkan ölkələrin Aİ-yə inteqrasiyası, İran ilə nüvə proqramına dair əldə olunan razılaşmanın müddəalarının yerinə yetirilməsi, Qüds ilə bağlı Avropanın vahid siyasəti, rohinca qaçqınları, "Şərq Tərəfdaşlığı" ölkələri ilə birgə layihələrin reallaşdırılması və digər məsələlər yer alıb.

"Ötən ilin noyabr ayında Şərqi Avropadakı altı tərəfdaşımızı - Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusu Brüsseldə salamladıq. Brusseldə 2020-ci ilədək 20-dək praktiki layihələr üzrə razılığa gəldik. Çünki bütün avropalıların həyatını həqiqətən yaxşılaşdırmaq üçün praktiki tərəfdaşlıq bizim əməkdaşlığımızın əsas məzmunudur", - deyə F.Mogerini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi