Yuxarı

​Missisipi ştatında iki polis əməkdaşı qətlə yetirilib

İstintaq nəticəsində müəyyən olunub ki, iki polis əməkdaşı şənbə günü axşam aldığı güllə yaraları nəticəsində həlak olub

Бакı. 10 may. REPORT.AZ/ Amerikanın Missisipi ştatının cənubunda yerləşən Hatisburq şəhərində naməlum cinayətkar tərəfindən iki polis əməkdaşı vəzifələrinin icrası zamanı güllələnib. Bu barədə "Report" "Qazeta.Ru."ya istinadən xəbər verir.

İstintaq nəticəsində müəyyən olunub ki, biri qadın, digəri kişi olmaqla, iki polis nəfəri şənbə günü axşam aldığı güllə yaraları nəticəsində həlak olublar. Hazırda cinayəti törədən şəxsin axtarışları həyata keçirilir. Əməliyyat başa çatana qədər yerli sakinlərə evlərini tərk etməmək tövsiyə olunub.

Yerli KİV məlumat verir ki, bu kimi hal 30 il ərzində şəhərdə baş verən yeganə hadisədir. Hadisənin təfərrüatları haqqında hələ məlumat verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi