Bakı. 5 noyabr. REPORT.AZ/ Misir Kassasiya Məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin işi ilə bağlı prosesi təxirə salıb.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Məlumata görə, məhkəmə iclası 2016-cı il yanvarın 21-də keçiriləcək. Bu haqda qərar noyabrın 5-dəki dinləmədə elan olunub.
Qeyd edək ki, mayın 9-da Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. Onlar prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuşdu. Bu cinayət işinə "saray işi" adı verilib.